Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alternativ enerjidə inqilab

 

wind-usa

 

 

 

 

 

ABŞ-da enerji sektorunda mühüm bir irələyişə nail olunub : günəş və külək enerjisinin qiyməti kömür və qaz yandırılması ilə ənənəvi şəkildə alınan enerjinin kilovatı qiyməti ilə bərabərləşib.

  "Xeberinfo.com": Caspian Barrel “New York Times” qəzetinə istinadən xəbər verir ki, günəş və külək enerjisində ucuzlaşma prosesi 5 il bundan qabaq başlayıb və cari ildə bu proses sürətlənib.

ABŞ-da belə uğurlar dövlətin səxavətli subsidiyaları sayəsində əldə edilib. Ancaq təhlillər onu göstərir ki,alternativ enerji mənbələri hətta dövlətin dəstəyi olmadan belə ənənəvi enerji mənbələri ilə rəqabət apara bilər.

Artıq bu il energetiklər günəş və külək enerjisinin qazdan ucuz olduğu bölgələrdə enerji təchizatı barədə müqavilələr imzalayıblar. Bu prosess daha çox Böyük düzənlik və ABŞ-ın cənub-qərbində baş verir.

Məsələn,ötən payızda Texasda Austin Energy şirkəti kilovat-saatı 5 sent ucuz olan günəş elektrik stansiyası ilə elektrik təchizatı barədə 20 illik müqavilə imzalayıb. Sentyabrda Oklahoma hakimiyyəti inşası gələn il başa çatacaq külək fermasından enerji almaq barədə razılığa gəliblər. Energetiklərin hesablamalarına görə,bu istehlakçılara $50 milyon qənaət etməyə imkan verəcək.

wind-usaLazard konsaltinq şirkətinin hesablamalrına əsasən,ABŞ-da bu gün günəş enerjisinin qiyməti kilovat-saat başına 5.6 sentə, küləkdə – 1.4 sentə düşüb. Halbuki,təbii qaz yandırılmasından alınan enerjinin qiyməti 6.1 sent,kömürdə isə 6.6 sent təşkil edir.

Analitiklərin hesablamalarına görə,subsiyidalar olamadan günəş enerjisinin qiyməti 7.2 sent,külək enerjisinin qiyməti isə 3.7 sentə başa gələcək.

Ancaq ekspertlər əmindilər ki,alternativ mənbələrin aşağı qiyməti yaxın gələcəkdə kömürün yandırılmasından imtina etməyə imkan verməyəcək.

ABŞ-da günəş enerjisinin istehsalı üzrə rekordsmen Kaliforniya ştatıdır. Hələ martda ştatda günəş enerjisi istehsalı keçən illə müqayisədə iki dəfə artıraraq 4 gigavat güc təşkil edib.

Baxmayaraq ki,günəş enerjisi istehsalı təmiz ekoloji prosess hesab olunsada günəş panelləri istehsalı böyük miqdarda enerji istehlakı və atmosferin çirklənməsi ilə bağlıdır.Bu gün günəş bateriyaları istehsalı bazarında Çin şirkətləri mühüm rol oynayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam