Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölmüş insanların beyinləri bərpa ediləcək- İNANILMAZ YENİLİK

Ölmüş insanların beyinləri bərpa ediləcək

 

 

Bioquark şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını bildirib

 

Yenixeber.org: Şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün şirkət vəfat etmiş 20 insan bədənindən istifadə etməyə hazırlaşır. Əvvəlcə onlar cəsədlərin gövdəsindən inyeksiyalar alıb, daha sonra xüsusi hazırlanmış zülal qarışığını onurğa beyinə yeridəcəklər. Bu maddə beyində yeni neyronların oyanmasına təsir edəcək. 15 gün ərzində müşahidə aparan həkimlər lazer terapiyası ilə neyronlar arasında əlaqə yaratmağa çalışacaq. Daha sonra tədqiqatçılar insan beynində baş verən ən xırda dəyişikləri belə qeyd edəcəklər.

İrəli sürülən iddialar insanlarda saysız cavabsız suallar yaradır. Məsələn, ölmüş insan beynini eksperimentə cavab verəcəyi təqdirdə nə baş verəcək? Ümumiyyətlə, ölmüş insanlardan bu eksperimentin aparılması üçün necə razılıq alınacaq? Bütün bunlar şübhəlidir. Şübhəli olan yalnız sınağın nəticələri deyil, bu həm də qeyri-etik eksperiment sayılır.

Sınaqlarda istifadə ediləcək orta beynin əsəb stimulyasiyası komaya düşən xəstələrin müalicəsində belə kifayət qədər məhdud nəticələr göstərir. Eyni zamanda, ölmüş beynin funksiyalarının bərpa olmasına dair heç bir ehtimal belə yoxdur.

Bioquark şirkətinin mütəxəssisləri isə keçirəcəkləri eksperimentə optimist yanaşaraq, uğur əldə edəcəklərinə inanırlar. Onlar hesab edirlər ki, müvəffəqiyyət qazanmaq üçün şansları çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam