Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ömrü uzadan zülal tapılıb

Ömrü uzadan zülal tapılıb

 

 

Beynəlxalq tədqiqat qrupu özünəməxsus p62 zülalında stresdən qoruma ilə əlaqədar yığılan mutasiyaların, digər canlılarla müqayisədə insanlarda uzunömürlülüyə daha güclü təsir etdiyini müəyyən edib.

Yenixeber.org:   Bu barədə Phys.org saytında dərc olunan press-relizdə danışılır.

P62 zülalı “autofaqiya” induksiyası – yəni hüceyrələrin zədələnmiş komponentlərin sistemdən kənarlaşdırılması üçün vacibdir. İnsan dərisinin yenilənməsi və vaxtından əvvəl qocalmanın qarşısını almaqda bu zülalın rolu əvəzsizdir.

Tədqiqatçıları göstərir ki, р62 fəal oksigen formalarının, yəni tək elektrondan ibarət olan və ona görə DNT, zülalları və lipid membranları oksidləşdirən birləşmələrin yaranması zamanı aktivləşir. Fəal oksigen formaları tənəffüs və oksigenin iştirakı ilə baş verən oksidləşdirici-bərbaedici reaksiyalar zəncirindən ibarət digər proseslərin kənar məhsulları hesab olunur.

Oksigenin fəal formalarının zəruri metabolik siqnalların ötürülməsində iştirak etməsinə baxmayaraq, onların həddindən artıq yığılması oksidləşdirici stresə yol açır, bu isə hüceyrələrin ölməsi ilə nəticələnir.

Eksperimentlər zamanı məlum olub ki, orqanizmlərinə p62 geni (onlarda bu gen mövcud  olmur) yeridilmiş genetik modifikasiya olunmuş drozofil milçəkləri digər həşaratlarla müqayisədə stress şəraitində daha uzun ömür sürür. Bu, onu göstərir ki, adıçəkilən zülal insanların ulu əcdadlarının uzunömürlülüyünə təsir edib və onların orqanizminin əlverişsiz şəraitlərə davamlılığını artırıb. Ancaq p62 milçəklərin qocalmasının qarşısını almayıb. Bu, insan orqanizmində hələ elmə məlum olmayan bir sıra biokimyəvi mexanizmlərin mövcud olduğunu göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam