Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bakıda İnsan Resursları forumu keçiriləcək

 

 

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin baş sponsorluğu ilə mayın 4-də Bakıda “Human Capital Forum - 2018” keçiriləcək

 

Yenixeber.org: Forumun təşkilində məqsəd insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaq, HR sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaqdır.

Tədbirdə maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak edəcəklər.

Forum iki paneldən ibarət olacaq. Burada yerli və xarici spikerlər 10 mövzu üzrə öz təcrübələrini bölüşəcəklər. Digital HR, insan kapitalının formalaşdırılmasında HR menecerlərinin rolu, bu sahədə qiymətləndirmə alətləri, işçi məmnunluğunun əsas amilləri, rəhbər-işçi münasibətlərinin səmərəliliyi, insanların davranış və ünsiyyət tərzlərinin qiymətləndirilməsində dördölçülü davranış modelinin (DİSC) yaratdığı imkanlar, insan resurslarının idarə olunması sahəsində beynəlxalq trendlər və s. müzakirə ediləcək mövzulara daxildir. Forumda təqdimatlarla yanaşı, könüllülərin iştirakı ilə praktik sınaqlar da nümayiş etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam