Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Ailənin 7 üzvü bir gündə dəfn edildi -SARSIDICI GÖRÜNTÜ - FOTO

 Ailənin 7 üzvü bir gündə dəfn edildi -

 

Şənbə günü Lənkəran rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən 7 nəfər dəfn edilib

Yenixeber.org: Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında həlak olan və bir ailənin üzvü olan şəxslər Ləj kənd qəbiristanlığında dəfn edilib.

Bildirilir ki, Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsindən yaxınlarına təhvil verilən meyitlər əvvəlcə kənd məscidinə gətirilib. Daha sonra onlar dəfn edilib.

Qeyd edək ki, 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib. Lakin 1 gün sonra Aslnov Ülvi Faiq oğlu xəstəxanada vəfat edib. O da artıq dəfn edilib.

Bildirilir ki, qəzada vəfat edənlər Bakıda yaşayırmış və rayonda infarkt keçirmiş yaxın qohumlarına baş çəkməyə, daha sonra isə toy məclisində iştirak etməyə gedirmiş.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam