Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Məni şantaj edirlər" -Komitə sədrindən nəvəsi barədə qalmaqala REAKSİYA

 

"Bu yazılara qəti etirazımı bildirirəm. Çünki həqiqətə uyğun deyil"
 
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.

Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016-cı il tarixdə  torpaq sahəsi ayrılıb.

"Ayrılan yer asfalt örtükdür və həmin yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda, saytlarda yerləşdirilən videoda  göstərdikləri yerin həmin ayrılan torpağa aidiyyəti yoxdur.

Bu da növbəti təxribatdır. Bu barədə mətbuata danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz.

Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram.

9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də"-deyə Ə. Həsənov bildirib.  

Ə.Həsənov qeyd edib ki, 50 ildir dövlətə xidmət edir.

"Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə,  o qədər də xidmətimi davam etdirəcəm.

Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.

Məsəl var: "Quyunu dərin qaz, gen qaz özün düşəcəksən",  "Nə atarsan aşına, o da çıxar qarşına" ,  "Sirkə nə qədər tünd olsa öz qabını çatladar" .

Çox təəssüf  edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.

Bir daha deyirəm. Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır.

Məqalənin sonunda qeyd edirlər ki, adı çəkilənin mövqeyini dərc etməyə hazırdırlar. Xahiş edirəm vədinizə əməl edib mənim müraciətimi dərc edin" - deyə Ə.Həsənov haqqında ittihamlar dərc edən KİV-lərə səslənib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam