Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

2 vergi ödəyicisinin 106 min manatlıq üç əmlakı hərraca çıxarılıb

2 vergi ödəyicisinin 106 min manatlıq üç əmlakı hərraca çıxarılıb

 

 

Vergilər Nazirliyi vergi borcuna görə Şirvan şəhərində yerləşən iki vergi ödəyicisinə məxsus üç əmlakı hərraca çıxarıb

 

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, vergi ödəyicisi Bayramov Hüseyn Yadulla oğluna məxsus Şirvan şəhərində, Xəqani küçəsi 367 ünvanında yerləşən bağ evinə 41 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından əmlakın dəyəri 10% aşağı salınıb. Bu səbəbdən hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 3690 manat beh verməlidir.

Bundan başqa, vergi ödəyicisi Kərimov Əlirza Abuzər oğluna məxsus iki əmlak da vergi borcuna görə hərraca çıxarılıb. Ə.Kərimovun Şirvan şəhərində, H. Əliyev prospekti 1/8 ünvanında yerləşən ümumi sahəsi 102,4 kvadratmetr olan  qeyri-yaşayış sahəsinə 45 min manat və M.Ə. Rəsulzadə küçəsi ev. 9, 42 saylı mənzilə 20 min  manat qiymət qoyulub.

Hər iki əmlak ikinci dəfə hərraca çıxarıldığından hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 4050 və 1800 manat beh verməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam