Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Vergidən yayınanların əmlakı müsadirə olundu – VİDEO

 

Vergi borclarından yayınan şəxslərin əmlakı müsadirə olunub.
"Xeberinfo.com":    Məlumata görə, Bakı Vergilər Departamentinin Bəyannamələr və Vergi Borclarının Alınması İdarəsinin əməkdaşları tərəfindən Bakının Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 15 ünvanında yerləşən, “Database” MMC-yə məxsus “Şərq” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirilib.
Vergi orqanları tərəfindən vergiödəyicisinin fəaliyyəti araşdırılarkən onun 1600 manat vergi borcunun yarandığı müəyyən edilib. Borcun ödənilməsi barədə bildiriş göndərilsə də o, bu borcu vaxtında ödəməyib və buna görə də ictimai iaşə obyektində olan 1600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel müvafiq qaydada siyahıya alınıb.
Bakının Səbayel rayonu, Nizami küçəsi, ev 96 ünvanında yerləşən, tam xarici investisiyalı “Barakalı” LTD” MMC-yə məxsus “Zirvə elektrik” mağazasında da oxşar tədbir keçirilib. Vergiödəyicisinin 11 min 666 manat vergi borcu müqabilində obyektdəki 12000 manat dəyərində müxtəlif növ elektrik mallarına əl qoyulub.
Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2-ci paralel ünvanında yerləşən, fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında vergiödəyicisinin 2652 manatlıq vergi borcunun ödənilməsi üçün 3000 manat dəyərində məişət avadanlığı siyahı ilə əlindən alınıb (ANS TV).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam