Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bugünkü hərracın nəticələri açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Yenixeber.org: Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-ı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.

İlkin start qiyməti 6 min manata olan Volkswagen Passat markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib. Həmçinin, ilkin start qiyməti 1705 manat olan Chevrolet Niva markalı avtomobilə ən son 3 min 500 manat təklif edilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2007-ci ildir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 128 saylı mağaza olub. Həmin əmlakın torpaq ümumi faydalı sahəsi isə 100 kv.m-ə yaxındır.

Hərracda özəlləşdirilən 3 kiçik dövlət müəssisəsindən 2-si paytaxtın Xəzər rayonunda, digəri isə Səbaildə yerləşir. Özəlləşdirilən əmlaklar sahibləri üçün yaxşı gəlir gətirə bilər. Bakının Xəzər rayonunda yerləşən 102 saylı mağazanın faəliyyətini yenidən bərpa etməklə mənfəətliliyi təmin etmək mümkündür. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 86 kv.m təşkil edir.

Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kv.m-dən çoxdur. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir.(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam