Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xocalı ilə bağlı yürüş-mitinq keçirilib -Londonda (FOTOLAR)

Londonda Xocalı ilə bağlı yürüş-mitinq keçirilib - FOTOLAR
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Londonda yürüş-mitinq keçirilib.
Yenixeber.org: Bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.



Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.



Böyük Britaniyada Azərbaycan icmasının liderlərindən biri, tanınmış hüquqşünas Kamran Balayev bildirib ki, Xocalı faciəsi təkcə azərbaycanlıların deyil, həm də bütün beynəlxalq birliyin faciəsidir. O bildirib ki, aksiyanın keçirilməsi BöyükBritaniyanın hüquq-mühafizə orqanları ilə tam razılaşdırılıb və tam qanuna uyğun şəkildə keçirilib. Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam