Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Almaniyada Xocalı soyqırımı:Dərin izlər buraxıb

 

 

   

Almaniyanın paytaxtı Berlin şəhərində “Atatürkçü Düşüncə Dərnəyi”nin, ”Azərbaycan Elm işçiləri və Tələbələr Birliyi”nin, “Azərbaycan Evi”nin və “Türkiyə-Azərbaycan Birliyi”nin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Yenixeber.org: Ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə və işğalın ağır nəticələrinə toxunub, həmçinin ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının xalqımızın yaddaşında dərin izlər buraxdığını bildirib. O, erməni vəhşiliyi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən atılan addımları qeyd edib, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını və onun nəticələrini xüsusi vurğulayıb. Səfir Ramin Həsənov baş vermiş faciənin unundulmamasında və onun dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan və türk diasporunun üzərinə müəyyən vəzifələrin düşdüyünü bildirib və diaspor nümayəndələrini bundan sonra da fəal olmağa çağırıb.

Türkiyənin Berlin şəhərindəki baş konsulu Muhammet Mustafa Çelik Azərbaycanın torpaqlarının işğal edilməsinin və oradakı əhalının öz yurd-yuvalarından zorla qovulmasının çox üzücü bir hal olduğunu deyib, dünyanın bir çox ölkələrinin və media qurumlarının bu acı həqiqətin üzərindən sükutla keçməsinin təəssüf doğurduğunu qeyd edib. O, baş vermiş işğal faktının dünya ictimaiyyətinə çatdırılması məqsədilə türk və azərbaycanlı diaspor cəmiyyətlərinin və fəallarının birgə çalışması zərurətini diqqətə çatdırıb.

”Azərbaycan Elm İşçiləri və Tələbələr Birliyi”nin sədri Qurban Ələkbərov Xocalı soyqırımı ilə bağlı xatirələrini bölüşüb və diaspor tərəfindən həyata keçirilən fəaliyyətdən bəhs edib.

Sonra Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayevin, Bundestaqın keçmiş deputatı, hazırda “Türkiyə-Azərbaycan Birliyi”nin sədri Haqqı Kəskinin və türkiyəli tarixçi-alim Kemal Arının iştirakı ilə interaktiv müzakirələr keçirilib. Müzakirə iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Xocalı soyqırımının başvermə səbəblərinə dair fikir mübadiləsi aparıblar.(axar.az)

 

Tədbirdə Xocalı soyqırımına dair qısametrajlı film nümayiş olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam