Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlılar Almaniyada etiraz aksiyası keçirdi -FOTO

 

Azərbaycanlılar Almaniyada etiraz aksiyası keçirdi - FOTO

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Almaniyanın Münxen şəhərində soydaşlarımız etiraz aksiyası keçiriblər.

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimovun və sədr müavini Fuad Rzayevin, həmçinin Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyada Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.




Aksiyada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Biz terrora və soyqırımına yox deyirik!”, “Ermənistan işğaldan və terrordan əl çək” kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb, bayraqlarımız dalğalandırılıb. Çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalısoyqırımına hüquqi qiymət verməyi tələb ediblər.

Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar.



Aksiyanın sonunda Münxen şəhərinin azərbaycanlı və türk icması adından beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub.

Müraciətdə dünya birliyindən Xocalı soyqırımına hüquqi qiymət verilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti tədbirlər görülməsi tələb edilib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağı ilə bağlı narahatlıq ifadə edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam