Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mirvari Qəhrəmanlı Bakı aeroportunda saxlanıldı

 

   Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Bakı aeroportunda saxlanılıb. O, Berlindən, qatıldığı tədbirdən qayıdırmış.

    "Xeberinfo.com": Bu barədə azadliq.info-ya Qəhrəmanlının özü məlumat verib. Qəhrəmanlı bildirib ki, Bakı aeroportunda hər hansı izahat verilmədən pasportu əlindən alınıb və ölkəyə girişinə imkan verilməyib. Onu Sərhəd Xidməti və Gömrük Nəzarəti əməkdaşları bütün əşyaları da daxil olmaqla yoxlayıblar. Hüquq müdafiəçisinə irad tutulub ki, ölkədən çıxarkən üzərindəki valyuta barədə niyə bəyannamə yazmayıb. O da cavab verib ki, üzərində bəyannaməyə daxil edilməsi zəruri olan məbləğdə valyuta olmayıb. Daha sonra ona bəyannamə yazdırmaq istəyiblər. Hüquq müdafiəçisi isə öz ölkəsinə girdiyi üçün buna ehtiyac olmadığını deyib və bundan imtina edib.

Mirvari Qəhrəmanlının üzərində 1500 manat nağd pul olub.

Hüquq müdafiəçisi saat yarım aeroportda saxlanılandan sonra sərbəst buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam