Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“BP Azərbaycan”dan ixtisarlarla bağlı xəbərə reaksiya

 

Şirkət araşdırmaya başladı


“İxtisarlar davam edir. Növbəti qanun pozuntusu BP-nin Təchizat Bazasındadır (ASCO). Belə ki, şirkət rəhbərliyi iki nəfər işçisini ixtisar adı ilə qeyri-qanuni işdən azad edib. Təşkilatımız onların hüquqlarını məhkəmədə müdafiə edəcək”. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bir neçə gün bundan əvvəl sosial şəbəkədə məlumat vermişdi.

Oxu.Az adıçəkilən məsələ ilə bağlı “BP Azərbaycan” şirkətinin mövqeyini öyrənib. 

BP şirkətinin Azərbaycandakı nümayəndəliyi “BP Azərbaycan”nın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ixtisarlarla bağlı Mirvari Qəhrəmanlının bu açıqlamasına münasibət bildirib.

“Bu işçiləri ASCO şirkəti işdən azad edib, yəni onlar BP-nin işçiləri deyil. Bu məsələni BP-nin podratçısı olan ASCO şirkəti ilə dəqiqləşdirmək lazımdır.

Onu da əlavə etmək istəyirəm ki, biz bütün podratçılarımızla olan müqavilələrimizin işçilərlə bağlı müddəalarının yerli qanunvericiliyə uyğun olmasını daim nəzarətdə saxlayırıq və göstərdiyiniz halı da hazırda araşdırırıq”- deyə, o bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam