Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir neftçi iş başında öldü

 

 

   
   "xeberinfo.com":Dövlət Neft Şirkətinin “Nərimanovneft” NQÇİ-nin əməkdaşı iş başında ölüb. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisi dedi ki, neftçi su anbarında boğulub.
    Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) də neftçinin boğularaq ölməsi ilə bağlı məlumat yayıb.
   Xəbərdə bildirilir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Nərimanov adına NQÇİ-də idarənin əməkdaşı, Bakı şəhər sakini Həbib Hüseynov su anbarına yıxılaraq boğulub.
M.Qəhrəmanlı isə qeyd etdi ki, neft sektorunda baş verən ölüm və xəsarət faktlarına görə heç kim cəzalandırılmır: “Ötən il 6 neftçi iş yerində dünyasını dəyişib. Lakin buna görə heç kim, heç bir rəhbər işçi cəzalandırılmayıb, işdən çıxarılmayıb, həbs olunmayıb. Məmurlar təhlükəsizlik qaydalarına riayət edilmədiyi halda ölüm faktlarını bədbəxt hadisə kimi qiymətləndirərək məsuliyyətdən yayınırlar”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam