Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Erməni deputat xalqı Sarkisyana qarşı qaldırır

 

Erməni qadın deputat xalqı Sarkisyana qarşı qaldırır

"Ermənistan prezidenti Serj Sarkisyan heç bir halda baş nazir postunu tutmamalıdır".

Yenixeber.org: “news.am” xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı müxalif “Çıxış” blokunun deputatı Mane Tandilyan bildirib.

Erməni deputatın sözlərinə görə, baş nazir postunu tutmaqla Sarkisyan de-fakto olaraq üçüncü dəfə prezident postuna seçiləcək: "Bu, yolverilməzdir. Onun yenidən seçilməsi ilə Ermənistan parlament ölkəsi deyil, baş nazir ölkəsi olacaq".

Deputat qeyd edib ki, hakimiyyət qanunun aliliyinin təmin olunacağına dair verdiyi sözü yerinə yetirmir: “Baş nazirin səlahiyyətlərinin genişləndirilməsi parlament idarə formasına keçid anlamına gəlmir”. 

Tandilyanın sözlərinə görə, Sarkisyanın hökumət rəhbəri postuna seçilməməsi üçün xalq qəti şəkildə öz iradəsini göstərməlidir: Lakin bunun hansı yollarla ediləcəyi və nə qədər həyata keçiriləcəyi sual altındadır. Çünki seçki məntəqələrində bu baş vermədi. Hazırda biz təsir yolları və mexanizmlərini müzakirə edirik. Baş verəcək istənilən proseslərə baxmayaraq, “Çıxış” bloku xalqı dəstəkləməyə davam edəcək”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam