Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hikmət Hacıyev:Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparıb

Hikmət Hacıyev:

 

“Ermənistan gücdən istifadə edərək işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparıb və təxminən bir milyondan artıq azərbaycanlı yurdundan didərgin salınıb”

 

Yenixeber.org: Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Portqaliyanın “Diario de noticias Mundo” adlı portalında “Ermənistan dünyada yeganə monoetnik dövlətdir” başlıqlı müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğuna görə mütəmadi olaraq atəşkəs pozulur və insan tələfatına səbəb olur. Ona görə də ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. 

“Əgər Dağlıq Qarabağ da danışıqlar masasına otursa, bu problemin həlli daha asan olmazmı” sualına cavabında isə Hikmət Hacıyev ilk növbədə işğal faktına son qoyulmalı olduğunu və Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasının mütləqliyini deyib. 

“Öncə Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Hansı ölkə razılaşar ki, onun ərazisi güc yolu ilə digər dövlət tərəfindən işğal olunsun? BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Azərbaycanın Dağlıq Qarabağın erməni icması ilə dialoq problemi yoxdur, amma bunun baş verməsi üçün işğala son qoyulmalı, məcbur köçkünlər, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının da öz torpaqlarına qayıtması təmin olunmalıdır", - deyə XİN rəsmisi bildirib.

“Ehtimal varmı ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın?” sualına isə qəti və birmənalı olaraq “yox” cavabı verilib.

“Beynəlxalq hüquqa əsasən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan da anlamalıdır ki, bu feodal qaydalar XXI əsrdə yolverilməzdir.  Ermənistan digər ölkənin ərazisini işğal edib, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparıb, mülki əmlakı dağıdıb və ondan sonra bunun nəticələrini öz müqəddəratını təyinetmə kimi təqdim edir? Əgər Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk edərsə, Azərbaycan Dağlıq Qarabağın öz sərhədləri daxilində yüksək muxtariyyət statusuna baxa bilər”, - deyə H.Hacıyev vurğulayıb.

“Ermənistanda belə bir fikir formalaşıb ki, Azərbaycan tərəfinin nifrəti çox böyükdür. Siz bunu necə şərh edərdiniz?” sualına cavab XİN sözçüsü bildirib: “Məsləhət görərdim ki, Ermənistanda yalnız orta məktəb dərsliklərinə baxasınız. Siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiz. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb. Elə 300 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. İki il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu artıq irqi ayrı-seçkilik xarakterli bəyanatdır”.

Jurnalistin Azərbaycanın Dağlıq Qarabağı hərb yolu ilə geri qaytarmaq ehtimalı ilə bağlı sualına da Azərbaycanın XİN sözçüsü münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini bildirib. Bununla bərabər, o əlavə edib ki, bütün dünya dövlətləri kimi Azərbaycanın da özünü müdafiə etmək hüququ vardır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam