Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabadda sürüşmə zonaları aktivləşib- FOTOLAR

 

 

Kövüzbulaq və Pərdi kəndləri arasında iri çatlar əmələ gəlib© "Report"

 Yenixeber.org: Son yağıntılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb.

"Report"un Aran bürosu xəbər verir ki, yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində, müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. 

Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxmağa başlayıb. Sürücülər bunun daha təhlükəli ola biləcəyindən narahatdırlar. Buradakı yol yatağının erroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır.

Kənd sakinləri deyirlər ki, ərazidən mütəmadi olaraq yük avtomobillərinin keçməsi də yolun sürüşməyə meylli ərazilərində çökmələrin yaranmasına gətirib çıxarıb. Yolun Xanəgah kəndinə düşən hissəsində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axın edib.

Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün aktiv sürüşmə sahəsində yerləşir. Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam