Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gənclər Mərkəzi bağlandı

 

Hikmət Hacızadənin təşəbbüsü ilə yaradılan Gənclər Mərkəzi qapadılıb

Son günlər QHT sektorunda baş verənlər ölkənin siyasi gündəminin əsas mövzusuna çevrilib. 

"Xebetinfo.com": Məlumata görə, bir neçə gün öncə tanınmış politoloq, Müsavat Partiyasının divan üzvü Hikmət Hacızadənin həm şəxsi, həm də rəhbərlik etdiyi təşkilatının bank hesablarına prokurorluq tərəfindən həbs qoyulub. 

Bununla yanaşı, “far centre” (uzaq mərkəz) ictimai birliyinin ofisi və Mustafa Sübhi küçəsində yerləşən Gənclər Mərkəzinin qərargahını da bağlayıblar. Beləliklə, ofisin bağlanması üzündən təşkilat avqustun 18-dən fəaliyyətini dayandırıb. 

Bildirilir ki, Gənclər Mərkəzi Hikmət Hacizadənin rəhbərlik etdiyi FAR CENTRE QHT-si tərəfindən formalaşdırılmışdı və müstəqil gənclərin toplana biləcəyi yeganə yer idi. 

"Qərargahın maliyyə xərci Amerikanının NED (Demokratiyaya Yardım Fondu) tərəfindən qarşılanır", - deyə məlumatda bildirilir. 

Məlumatı  Hikmət Hacızadə özü də təsdiqləyib. 

Redaksiyadan: Onu da qeyd edək ki, bu məlumat 19 avqustda Qaynar.info-ya daxil olmuşdu. Həmin ərəfədə Hikmət Hacızadə ilə əlaqə saxladıq. O, informasiyanı təsdiq etdi, ancaq xahiş etdi ki, bir müddət ictimailəşdirməyək. Çünki ofisin faəliyyyətinin davam etdirilməsi üçün çalışdığını dedi. Artıq Hikmət bəy "Facebook" sosial şəbəkəsində bu məsələni özü də açıqlayıb. Ona görə də biz informasiyanı yaymağı qərara aldıq. Onu da qeyd edək ki, xəbəri yaymaqda heç bir qərəzli məqsədimiz yoxdur, sadəcə olaraq, informasiyanın aktuallığını və gec-tez yayılacağını nəzərə alıb ilk olaraq yaymağı məqsədəuyğun saydıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam