Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hikmət Hacızadə Müsavatda fəaliyyətini dondurdu

Hikmət Hacızadə Müsavatda fəaliyyətini dondurdu - ŞOK GƏLİŞMƏ

 

 

    "Xeberinfo.com": Müsavat Partiyasının Divan üzvü, tanınmış politoloq Hikmət Hacızadə Müsavat Parrtiyasında fəaliyyətini dondurduğunu bəyan edib. Musavat.com xəbər verir ki, o, bu barədə Facebook-da yazıb. Hikmət Hacızadənin statusunu (söyüşlər istisna olmaqla) təqdim edirik:
     “Saat təxminən 21.30-da  belə bir xəbər aldim ki, Kamil Xəlilbəylini (Qubad bəyin tərəfdarı) MNTK-miz partiyadan xaric edib. Səbəb belə göstərilib: “partiyanin siyasi-ideoloji xəttinə xəyanət”. Konkret isə onun bir musavatçı xanımla (Arif bəyin tərəfdarı) bir şəxsi məxfi yazışmada söyüşməsi səbəb olub. Belə ki, bu yazışmada xanım onu “…”,  Kamil bəy isə onu “…” adlandırıb. MNTK-nın bunu siyasi-ideoloji xəyanət kimi qələmə verib. MNTK-nın bu düşünülməmiş qərarına  mən qəti etirazımı bildirirəm.  Dünya praktikasında məlum olmayan şəxsi yazışmada olan sözlərə görə cəza uca Müsavat Partiyasında tədbiq olundu. Ar olsun!!!
  Xatirladıram ki, hər bir təhqir və ya böhtan AR və dünya qanunvericiliyində ancaq public (ictimayi diskussiyada) deyilmiş sözlərə görə tətbiq olunur. Şəxsi yazışma isə ümümən aşkara çixarılmamalıdır. Beləliklə, bu qərar tamamən qanunsuz və Müsavata xələl qətirən bır qərardır.
     Bundan başqa, qulağıma çatıb ki, bu qərar böyük planin bir hissəsidir. Yəni, “narazılarin 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcək”. Ar osun belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə “narazı” özümü hesab edirəm, və qərarınıza qarşı etiraz edirəm.
    Bu planı düşünənlərə demək istəyirəm ki, bu  plan dayandırılmasa və bu planla partiyadan xaric edilənlərin işınə yenidən baxılmasa, onda məni də bu plana salsınlar və partiyadan xaric etsinlər. Bu məsələ qanun və insan haqları çərçıvəsində həll olunmayana qədər partiyada fəaliyyətimi dondururam və partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam