Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Komaya düşən deputatla bağlı açıqlama:uzun çəkəcək

Komaya düşən deputatla bağlı açıqlama:

 

 

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik

 

Yenixeber.org: Nəriman Əliyevin səhhəti ilə bağlı  danışan deputat həmkarı Elmira Axundova onun son durumundan söz açıb.

Elmira Axundova bildirib ki, həmkarının sağlıq durumu ilə hər gün maraqlanır.

“Şükürlər olsun ki, Nəriman müəllim ölümdən qutarıb. Yaxşı ki, həmkarım Rəşad Mahmudov Nəriman müəllimi “anju” əməliyyatı edən məqamda xəstəxanada olub. Nəriman müəllimin ürək damarları partlayan zaman onu təcili əməliyyat edib. Hazırda Almaniyadan və Türkiyədən mütəxəssislər dəvət ediliblər. Onlar da bildirirlər ki, Nəriman müəllimin əməliyyatı və müalicəsi tam düzgün aparılır. Heç bir düzəlişə ehtiyac yoxdur. Sadəcə, müəyyən vaxt lazımdır. Nəriman müəllimin qaraciyəri, böyrəyi düzəlib. Biraz ağciyərlərində infeksiya qalıb. Hazırda ağciyərindəki infeksiyalar təmizlənir. Həkimlərin özləri onu yatızdırırlar ki, orqanizm daha yaxşı mübarizə aparsın. Hazırda o reanimasiyadadır. Həkimlər də bildirirlər ki, belə əməliyyatların 95 faizi ölümlə nəticələnir.

Məsələn, bizdə belə bir vəziyyət AMEA-nın keçmiş prezidenti Mahmud Kərimovda olmuşdu. Bildiyiniz kimi, o, Türkiyəyə aparılarkən təyyarədə dünyasını dəyişmişdi. Şükürlər olsun ki, bizim güclü ürək mütəxəssislərimiz var. Nəriman müəllimin vəziyyəti tədricən yaxşılığa doğru gedir. Amma Rəşad həkim dedi ki, bu, uzun prosessdir. Hələ uzun çəkəcək. Ona görə də Nəriman müəllimin tam sağalacağı vaxtı deməyə hamı ehtiyat edir. Çünki bu, ürəkdir. Hər bir insan orqanizmi individualdır... Birində 1 ay çəkər, o birində 3 ay. Şükürlər olsun ki, sıradan çıxan bütün orqanlar tədricən bərpa olunur”.

Elmira Axundova deyib ki, həmkarı Nəriman Əliyevin ürəyində anadangəlmə problem olub.

“Bunu isə ancaq “anju” əməliyyatında görmək olardı. “Anju” etməmiş bu qüsuru görmək mümkün deyil. Mən Nəriman müəllimin xətirini çox istəyirəm. Çox gözəl insandı. Rayonumuz və insanlarımız üçün çoxlu işlər görüb. Mən ona və ailəsinə səbr diləyirəm. İnanıram ki, tezliklə bizim sıralarımıza qayıdacaq”.

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam