Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Mehmana mənşəyi bəlli olmayan 2 iynə vurublar” -Mehman Hüseynovun qardaşı

emin_huseynov“Mehman ciddi işgəncəyə məruz qalıb. Qeyri-insani davranış və ləyaqəti alçaldan ünsiyyətlə üzləşib. Kobud söyüşlər, təhqir olunub, vurulub – bu kimi neqativ hallar vaş verib.”

Xeberinfo.com:  Bu sözləri Amerikanın Səsinə açıqlamasında bloger Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

İşgəncə verilən zaman Mehman Hüseynovun özündən getdiyini deyən qardaşı blogerin 4-5 ildir ayağında varikoz damar genişlənməsindən əziyyət çəkdiyini xatırladıb. Həmin ayağından elektroşok alan Mehman Hüseynov daha sonra huşunu itirib: “Təcili tibbi yardım çağırandan sonra ona iki dənə mənşəyi bəlli olmayan iynə vurublar. Bu iynələrdən sonra onun halı bir qədər qeyri-müəyyən olub və ağır yuxuya gedib və səhər oyanıb. Ya yuxu dərmanı, ya kəskin ağrıkəsici olub, nə olduğunu indi demək bir az çətindir. İndi onu müstəqil həkim müayinəsindən keçirmək istəyirik.”

Bu işgəncə faktlarının həm onun saxlandığı yerdə, həm də daha sonra polis idarəsindən baş verdiyini söyləyən Emin Hüseynov sonradan Mehmanın Mütəşəkkil Cinayətklarlıqla Mübarizə İdarəsinə, oradan da Nəsimi rayon 22-ci Polis Bölməsinə aparıldığı deyib. Hüseynovun sözlərinə görə, bu hadisə həm Mehmanın blogerlik fəaliyyəti, həm də RATİ direktoru olaraq onunla bağlı ola bilər.

“Ancaq əsasən bununla bağlı ola bilər ki, RATİ olaraq Azərbaycandakı tərəfdaşlarla birgə 3 gün öncə Avropa Şurasına xüsusi birgə müraciət layihəsi hazırlamışıq. Onu imzalanması üçün tanınmış ictimai xadimlərə təqdim etmişik. Bu işlə də birbaşa RATİ sədri kimi Mehman Hüseynov məşğul olurdu. Dünən saat 8-ə kimi imzatoplama kampaniyası davam etməli idi və yekunda Mehman bu sənədə imza atanların vahid siyahısını hazırlayıb beynəlxalq qurumlara, o cümlədən Avropa Şurasının Parlament Assambleyasına ünvanlamalı idi. Bununla da bağlı ola bilər,” Emin Hüseynov Amerikanın Səsinə açıqlamasında bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam