Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gələn ay Bakıda "HR Summit Baku 2017" tədbiri keçiriləcək

Gələn ay Bakıda "HR Summit Baku 2017" tədbiri keçiriləcək

 

Bu ilin dekabr ayının 8-də "Azərbaycan Dəmir Yolları" QSC-nin baş sponsorluğu ilə "HR Summit Baku 2017" tədbiri keçiriləcək

 

Yenixeber.org: 300 nəfərin istirak edəcəyi sammitdə beynəlxalq və yerli qurumların peşəkarları insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar.

Sammitdə yerli və xarici spikerlər tərəfindən insan resursları işçilərinin korporativ brendinqdə rolu, işçi sayının optimallaşdırılması və korporativ nüfuz, işə götürən brendinin işə qəbul prosesinə təsiri, dəyişikliklərin idarə edilməsində HR-in rolu, İşə götürən brendinin işçi loyallığına təsiri, HR proseslərinin avtomatlaşdırılmasının işçi məmnunluğunda rolu, eləcə də, ixtisar zamanı işə götürən brendinin saxlanılması mövzularında geniş təqdimatla çıxış edəcəklər. 

Sammit haqqında ətraflı məlumat və iştirak şərtləri ilə www.hrsummit.az rəsmi səhifəsində tanış ola bilərsiniz. 

Qeyd edək ki, "HR Summit Baku 2017" tədbirinin eksklüziv media tərəfdaşı www.fed.az biznes maliyyə portalıdır. Media dəstəkçilər sırasına  isə www.oxu.az, www.marja.az, www.finanstime.az, www.salamnews.org və Media Service and Consulting saytları daxildir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam