Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tağı Əhmədovun 3 milyon dollarının batmasının şok sirri

 

Akif Çovdarov və digərlərinin əmlakının müsadirə olunaraq zərərçəkənlərə ödənilməsinə qərar verilsə də, “Bakı Metropoliteni”nin sabiq rəisinə bir manat belə ödənilməməsi barədə sensasion iddia; “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyən YAP-ın təşkilat sədrinə niyə inanmadılar?

 

Yenixeber.org: Xəbər verildiyi kimi, oktyabrın 30-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da daxil olmaqla, bir qrupun işi üzrə məhkəmədə elan olunmuş nəticə Tağı Əhmədov üçün böyük şok olub. Belə ki, “MTN işi” üzrə məşhur zərərçəkmişlərdən olan “Bakı Metropoliteni”nin  sabiq sədri T.Əhmədova dəyən ziyana görə ona pul ödənilməyəcəyi məlum olub. Qərara görə, T.Əhmədovun mülkü iddiası baxılmamış saxlanılıb.

Akif Çovdarovun “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı  necə alması ilə bağlı  iki fərqli ifadə vardı. T.Əhmədovun müdafiəçiləri iddia edirdilər ki, hər şey  MTN-ə 10 ədəd “Range Rover” markalı avtomobil verilməsi məsələsinə görə başlayıb. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov təxminən 1 milyon dollara başa gələcək bu “xərc”dən imtina edib. Bu da qarşı tərəfi narazı salıb, bundan sonra T.Əhmədov və ətrafı barədə araşdırmalar başlanılıb.

Image result for tağı Əhmədov

Tağı Əhmədovun özünün, metroda işləyən qardaşı oğlu Şövqi Tağıyevin  və digər qohumu Elşən Tağıyevin (Tağı Əhmədovun qardaşı oğlanları) istifadəsində olan telefon nömrələri qanunsuz olaraq dinlənilib. Bu işdə A.Çovdarovun tapşırıqlarını MTN-in Monitorinq Xidmətinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin xidmətin əməkdaşları Anar Şirəliyev və Fərhad Atayev yerinə yetirib.

Dinləmələr zamanı lazımi məlumatlar əldə edildikdən sonra  idarə rəisi Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. Ona rəhbərliyin mesajını çatdırıb. R.Rəsulov metropoliten haqda MTN-ə daxil olan şikayətlər əsasında onu həbs edəcəkləri, şəxsiyyətini zor tətbiq etməklə alçaldacaqları ilə hədələyib. Bunların baş verməməsi üçün isə T.Əhmədovun 3 milyon manat verməsini istəyib. Sabiq metropoliten rəisi bu tələbi də rədd edib.

Bundan sonra T.Əhmədovun qohumları olan Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub, döyərək işgəncələr verilib. Onlardan T.Əhmədovun əleyhinə ifadələr almağa çalışıblar.  Nəhayət, Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.

Çovdarov isə məhkəmədə sensasion faktlar açıqlamışdı.  Məsələn, general demişdi ki, agentura  vasitəsilə metropolitendən 11 milyon manatın dövlət büdcəsindən oğurlandığını aşkarlayıblar: “Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyib, xəttə buraxıblar. Bu yolla 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. ”Azərenerji"yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. Məlum oldu ki, Tağı Əhmədovun “Sahil” metrosunun üstündəki binada 4 mənzili, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzili, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükanı, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi var. Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı hoteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib.

Image result for “TexnikaBank”

“TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb, ofşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".

A.Çovdarov demişdi ki,  Tağı Əhmədov ondan şikayət etmək fikrində olmayıb:  “2016-cı ildə ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub, mənim əleyhimə yalan ifadə verdi”.

Image result for “Bank of Baku”

Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il həbs cəzası verilib. Maddi zərərçəkmişlərin bir neçəsinin mülki iddiası təmin edilib. A. Çovdarov və digərlərinin əmlakının müsadirə olunaraq zərərçəkənlərə ödənilməsinə qərar verilib. Amma göründüyü kimi, bu sırada T.Əhmədovun adı yoxdur.

Image result for “Unibank”

YAP-ın Yasamal rayon təşkilatının sədri olan T.Əhmədovun faktiki zərərçəkən kimi tanınması  barədə sensasion iddia  var. Bildirilir ki, T.Əhmədov ətrafında aparılmış əməliyyat haqda deyilənlərdə böyük həqiqət payı var. Belə ki, Çovdarovun da təsdiqlədiyi kimi, onun “Bakı Metropoliteni”nində ciddi korrupsiyaya yol verdiyi barədə məlumatlar olub və bu səbəbdən də onunla bağlı araşdırma aparılıb. Onun əmlakları ilə bağlı üzə çıxan faktlar hakimiyyətin müəyyən dairələrinin ciddi qəzəbinə səbəb olub və T.Əhmədov vəzifədən kənarlaşdırılıb. MTN də bu “işdə” öz payını alıb. T.Əhmədovun əməllərinə görə də ona 3 milyon zərərin ödənilməməsinə qərar verib.         

Image result for Çovdarov

Və sonda. T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilərək müstəntiqin ondan “siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə,  cavab vermişdi.

T.Əhmədovun dediyinə isə göründüyü kimi, heç məhkəmə heyəti də inanmayıb...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam