Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər,amma...

Rusiya Gürcüstanla gələcəkdə qarşılıqlı əsasda vizasız rejimə keçməyi istisna etmir.

Yenixeber.org: Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İzvestiya" qəzetinə açıqlamasında deyib.

"Gələcəkdə qarşılıqlı əsasda vizasız rejimin tətbiq oluna biləcəyini istisna etmirik. Buna doğru irəliləməyin çətin olması isə başqa söhbətin mövzusudur. Hər şeydən əvvəl, daimi diplomatik münasibətlərin olmaması maneəçilik törədir. Bildiyiniz kimi, münasibətlər Tbilisinin təşəbbüsü ilə dayandırılıb", - deyə o əlavə edib.

Nazir müavini qeyd edib ki, müvafiq qərarın qəbulu zamanı transsərhəd təhlükələrin artdığını, eləcə də terror və qeyri-leqal miqrasiya məsələlərini nəzərə almaq lazımdır.

Karasin Rusiyanın Gürcüstan tərəfinə aviaheyət üzvləri üçün vizasız rejimin tətbiqinə dair konkret təkliflər təqdim etdiyini də xatırladıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam