Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanla vizasız rejimin tətbiqi istisna olunmur” -Avropa İttifaqının rəsmisi

“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil”.

Yenixeber.org:  Bunu Trend-ə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

H.Salber qeyd edib: "Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, Aİ və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq".

Xüsusi nümayəndə müvafiq razılaşmanın əldə olunması ilə bağlı dəqiq tarixi deməyib: "Bu məqsədə çatmaq üçün konkret tarix barədə nəsə demək hələ çətindir. Tərəflər belə imkana baxılmasının erkən mərhələsindədirlər. Lakin bu perspektiv istisna edilmir".

H.Salber Aİ ilə Azərbaycan arasında münasibətləri kifayət qədər geniş və hərtərəfli adlandırıb. Onun sözlərinə görə, ikitərəfli münasibətlər əvvəlki illərlə müqayisədə ən yüksək səviyyədədir: “Tərəflər arasında yeni saziş siyasət, ticarət və energetika sahələri daxil olmaqla, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir”.

Diplomat yeni saziş üzrə danışıqların bu il başa çatacağına ümid etdiyini bildirib: “Yeni saziş gələcək əməkdaşlıq üçün möhkəm və əlverişli baza yaradacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam