Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan vətəndaşları dünyanın 63 ölkəsinə vizasız səfər edə bilərlər

 

 

 

"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini nümayiş etdirən pasport reytinqini dərc edib

 

Yenixeber.org: Bu reytinqdə 75-ci yeri tutan Azərbaycan pasportu 63 ölkəyə vizasız səfər etmək hüququ verir.

Reytinqdə 45-ci olan Rusiya pasportu 114 ölkəyə vizasız səfər etmək hüququ verir. Türkiyə 110 reytinqlə (vizasız səfərin mümkün olduğu ölkələrin sayı) 49-cu, Gürcüstan 100 reytinqlə 54-cü, Ermənistan 59 reytinqlə 78-ci, İran 38 reytinqlə 98-ci pillədə qərarlaşıb.

Bu ildə reytinqin liderləri Yaponiya və Sinqapur olub. Bu ölkələrin vətəndaşları viza almadan 180 ölkəni ziyarət edə bilərlər.

2014-cü ildən bu göstəricidə birinci sırada qərarlaşmış Almaniya pasportu ilə indi 179 ölkəyə vizasız səfər etmək mümkündür.

Siyahıda üçüncü yeri eyni anda yeddi ölkə bölüşüb. Bunlar vətəndaşlarının vizasız 178 ölkəyə giriş hüququ olan İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveç və Cənubi Koreyadır.

Daha əvvəl viza məhdudiyyətlər indeksi kimi tanınan pasport indeksi 2006-cı ildən etibarən İsveçrənin "Henley&Partners" şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası (IATA) ilə əməkdaşlıq ilə tərtib olunur.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır.

Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam