Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədən Rusiyaya cavab

104661

 

Türkiyə rusiyalı jurnalistlər üçün viza tətbiqinə başlayır.

 

Xeberinfo.com:    Məlumata görə, bu barədə qanun fevralın 15-dən qüvvəyə minir.
Həmin gündən Türkiyə qarşılıqlı əsasda ölkəyə qısamüddətli səfərə gələn rusiyalı jurnalistlər üçün viza rejiminin tətbiqinə başlayır. Daimi işləyən müxbirlər üçün ölkəyə giriş qaydası dəyişməyib. Bu barədə Türkiyənin Rusiyadakı səfirliyindən xəbər verilib. Səfirlik həmçinin qeyd edib ki, türkiyəli jurnalistlər Rusiyada işləmək üçün fevralın 15-dən viza almalıdırlar.
Bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov açıqlama verib. Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır.
“Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”, – deyə xarici işlər naziri bildirib. Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanan sazişlə qarşılıqlı olaraq viza rejimi ləğv edilmişdi.
Noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiyaya məxsus “Su-24” qırıcısını Türkiyənin “F-16” qırıcısının raketlə vurması iki dövlət arasında vəziyəti gərginləşdirib. Rusiya Müdafiə Nazirliyi bombardmançının uçuş sxemini yayaraq onların sərhədi pozmadığını qeyd edir.
Öz novbəsində Türkiyə tərəfi də ruslara xəbərdarlıq olunduğunu və onların sərhədi pozmaqda davam etdiyini bildirib. Rusiya lideri bu hərəkətə görə, Türkiyə prezidentindən üzr istəməyi tələb etsə də Ərdoğan bildirib ki, onun ölkəsi sərhədi pozan vurulmuş təyyarəyə görə üzr istəməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam