Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jurnalistlər hərbi toplanışa çağırılır

 

        Azərbaycanda jurnalistlərin hərbi toplanışı keçiriləcək. 

 "Xeberinfo.com": “AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan hərbi toplanışa televiziya, radio, qəzet-jurnal və elektron KİV-lərdə çalışan kişi jurnalistlər cəlb olunacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin sifarişi üzrə keçiriləcək hərbi toplanışın ən azı 10 gün davam edəcəyi gözlənilir.

Qanunvericiliyə uyğun olaraq keçiriləcək hərbi toplanışa istisnalar qoyulmadan həm baş redaktorlar, həm də sıravi jurnalistlər cəlb olunacaqlar.

Hərbi toplanışa çağırılan Azərbaycanın cəbhə xəttinə yaxın poliqonlarının birində səhra şəraitində hərbi təlimə cəlb olunacaqlar. Eyni zamanda jurnalistlər üçün bir günlük hərbi vəziyyət və səfərbərlik dövründə medianın və jurnalistlərin fəaliyyəti mövzusunda treninq keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam