Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısından şok göstəriş

 

 

    Vidadi İsayev Heydər Əliyev Parkının tikintisini müəllim, həkim və fəhlələrin hesabına həyata keçirməyə başlayıb 

     "Xeberinfo.com": Bərdənin icra başçısı Vidadi İsayevlə bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, icra başçısı dövlət layihələrinin icrasını həyata keçirən zaman, büdcədən ayrılmış pulları təyinatı üzrə xərcləmədiyindən ciddi maddi sıxıntı yaşayır. 

      Məlumatda vurğulanır ki, İsayev həmin pulları öz şəxsi məqsədləri üçün sərf etdiyindən belə bir durum yaranır. Bunun da əsas ağırlığı büdcə təşkilatlarının işçilərinə düşür. JAM.AZ-a verilən məlumata görə, Bərdədə park tikintisi zamanı maliyyə çatışmazlığını aradan qaldırmaq üçün icra başçısı müəllim, həkim, idarə və müəssisə rəhbərləri və işçiləri daxil olmaqla hamısından iki aylıq maaşlarını yığdırıb. Yalnız müəllimlərə qismən "güzəşt" olunub ki, bu da onların maaşlarının 70-80 faizinin tutulmasından ibarətdir. 

     Məlumatda o da vurğulanır ki, bu il ilk dəfə fevral-mart aylarında maaşların yığılması prosesi keçirilib. Amma Vidadi İsayevin yenə maliyyə "problemi" yaranıb. O səbəbdən də artıq bütün idarə və müəssisə rəhbərlərinə tapşırıq gəlib ki, büdcə təşkilatlarında çalışan rayondakı bütün kontingentin iyun ayının əmək haqqısı 100 faiz tutularaq, İcra Hakimiyyətinin ixtiyarına verilməlidir. Səbən isə Bərdədə Heydər Əliyev Parkının inşa edilməsi zamanı pul çatışmazlığı göstərilir. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam