Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Rusiya buna görə İrəvanı silə bilər– Ekspert

Rusiya buna görə İrəvanı silə bilər

 

Rusiya Baş naziri Dmitri Medvedyevin İrəvana səfərini Ermənistanın AB ilə çərçivə sazişi imzalamağa hazırlaşmasıyla əlaqələndirməzdim

Yenixeber.org: Bu sözləri Dmitri Medvedyevin İrəvan səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın bu və ya digər şəkildə Ermənistanın sözügedən addımından ehtiyat etdiyini, hətta Moskvanın müəyyən tədbirlər gördüyünü bildirib:

“Medvedyevin İrəvana səfəri qəflətən ortaya çıxmayıb, yay aylarından hazırlıq gedir. Səfərin gündəliyi Ermənistan-Rusiya iqtisadi münasibətlərinin perspektivləri üzərində qurulub. Buna görə də bu səfəri Ermənistanın AB ilə çərçivə sazişi imzalamağa hazırlaşmasıyla əlaqələndirməzdim. Bu məsələ Kremlin diqqət mərkəzindədir. Moskva bu sazişin şərtləri ilə yaxından tanışdır. Çox güman ki, Sərkisyan Moskvada olarkən İrəvana xəbərdarlıq edilib. Çünki sözügedən sənəddə Rusiyaya qarşı hər hansı bir məqam olsa, yaxud anlaşmada Avrasiya İqtisadi Birliyinə zidd müddəa yer alsa, Rusiya İrəvanı silə bilər. Əlbəttə ki, bunu bilən İrəvanın özü də ehtiyat edir və çalışır ki, sənəddə Rusiyanı qıcıqlandıran məsələləri oradan çıxarsın. Əslində, bu sənəd boş şeydir, nə siyasi, nə də iqtisadi əhəmiyyəti yoxdur. Sazişdə bir sıra imkanlar isə Avropa İttifaqı üçün yaradılıb. Ancaq bu imkanlar da çox dardır. Ermənistanın siyasi səhnəsi və iqtisadiyyatı Rusiyanın nəzarətindədir. Ona görə də bütün bunlar erməni mətbuatında qəflətən qızışıdırılan bir mövzudur və şantaj məqsədi daşıyır. Ruslar Avropa Birliyi ilə məlum sazişin real qiymətini çox gözəl bilirlər. Rəsmi İrəvan isə xalqının və avropalıların gözünə kül üfürmək üçün bu cür addımlar atır. Beləliklə, İrəvan sanki Avropa Birliyi bir oyun oynayır. Ancaq bu oyunun qaydaları ilə bağlı əsas addımlar Rusiya ilə razılaşdırılıb. Ona görə də Moskva çox rahatdır və hətta İrəvana bu oyunları aparmaq üçün şərait yaradır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam