Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sərkisyanın Moskva səfəri:Putinin təlimatları...

 Sərkisyanın Moskva səfəri:

 

 

 

 

 

Brüssel sammitindən öncə Sərkisyan Moskvada Rusiya tərəfindən təlimatlandırılacaq

 

Yenixeber.org:  Bu sözləri  Ermənistan prezidentinin Moskva səfərini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspert Moskvada keçiriləcək Ermənistan mədəniyyət günlərinin sadəcə bəhanə olduğunu bildirib:

“Məlum məsələdir ki, regionda bu gün nüfuz məsələsi həll olunur. İstər ABŞ, istərsə Rusiya daxil olmaqla digər supergüclər müəyyən münaqişələrin həllində nüfuz sahibi olmaq uğrunda savaş aparırlar və hazırda buna uyğun olaraq da müvafiq siyasət yürüdürlər”.

Politoloq Ermənistan prezidentinin Moskvada Vladimir Putinlə müzakirə edəcəyi məsələlərə də aydınlıq gətirib:

“Çox güman ki, Moskvada Bakı-Tiflis-Qarsla bağlı danışıqlar aparılacaq. BTQ-yə qoşulmaq İrəvanın çoxdankı arzusudur. İrəvan bir sıra istiqamətdə siyasi gedişlərə əl ataraq Moskvadan təlimatlar alacaq.

İkincisi, Ermənistan və Rusiya prezidentlərinin istər rəsmi, istərsə də qeyri-rəsmi görüşlərində Dağlıq Qarabağ münaqişəsi gündəmdə olacaq. Bir sözlə, Sərkisyanın Moskvaya səfəri Ermənistanın Rusiya tərəfindən təlimatlandırılması prosesi hesab oluna bilər”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam