Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin iki emissar göndərdi:birini İrəvana, birini Qarabağa

 

Rusiya da həm qorxur, həm də qorxudur – yeni gəlişmə; “Rus NATO-su”nun erməni baş katibi Ermənistana 3 günlüyə niyə gəlib, abxaz “xarici işlər naziri” Kremlin izni olmadan Xankəndində peyda ola bilərdimi; politoloq: “Ermənilər narahat olmağa başlayıblar ki...”

Yenixeber.org: Avqustun 28-də işğalçı Ermənistanın rəsmən Rusiyanın vassalına, daha doğrusu, girovuna çevrilməsinin 20 ili tamam oldu. Söhbət tərəflər arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqavilədən gedir.

Qeyd edək ki, həmin müqavilənin müddəti az sonra 50 ilədək - 2047-ci ilə qədər uzadılıb. Bu da o anlama gəlir ki, 2047-ci ilədək Ermənistanın faktiki surətdə həm daxili, həm də və ən önəmlisi, xarici siyasətinin əsas prioritetləri məhz Moskvada müəyyən ediləcək və edilir.


İndinin özündə işğalçı ölkənin olan-qalan iqtisadi, energetik sferası, hava məkanı bütünlüklə Rusiyanın nəzarətindədir, Ermənistanda (Gümrü və Erebuni) iki Rusiya hərbi bazası yerləşir, təcavüzkar ölkənin Türkiyə və İranla sərhədlərini isə rus hərbçiləri (FTB) qoruyur.

*****

Xəbər verildiyi kimi, dünən Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyana iki dövlət arasında məlum razılaşmanın 20 illiyi münasibəti ilə təbrik məktubu göndərib. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Putin məktubda Rusiya-Ermənistan münasibətlərini yüksək dəyərləndirib. Öz növbəsində Serj Sərkisyan V.Putinə cavab məktubu yollayıb, Rusiya amilinin Ermənistanın təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını qeyd edib.

Image result for Putin sarkisyan minval.az

Hələ bir xüsusi önəm daşımasın da. Söz düşmüşkən, adıçəkilən müqaviləyə əsasən, tərəflərdən birinə hücum olarsa, onlar həmin qüvvəyə qarşı birgə mübarizə aparacaqlar. Bundan əlavə, Ermənistan Rusiyanın dominantlığı ilə yaradılan və “Rus NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür - hansı təşkilatın ki, baş katibliyinə isə, bəlli olduğu kimi, bir neçə ay qabaq erməni general Yuri Xaçaturov gətirilib. Təbii ki, Kremlin rüsxəti ilə. 

Maraqlıdır ki, məhz 20 illik ildönüm ərəfəsində Yuri Xaçaturov Moskvadan İrəvana gəlib. Daha doğrusu, Putin tərəfindən Serj Sərkisyanla görüşə göndərilib. Bu, Xaçaturovun yeni postda Ermənistana ilk səfəridir. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, iki erməni - Xaçaturov və Sərkisyan “Cənubi Qafqazda KTMT-nin səlahiyyətləri çərçivəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi və digər məsələləri” müzakirə ediblər.

***** 

Bəs Xaçaturovun 20 illiyə təsadüf edən və 3 gün çəkəcək (!) ilk İrəvan səfərində konkret hansı hədəf güdülür?

Image result for kreml

“Rusiya ABŞ-ın Cənubi Qafqazdakı gedişlərindən narahatdır”. Bunu Y. Xaçaturovun Ermənistana səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (axar.az). O, erməni generalın İrəvana gödərilməsində birinci səbəb kimi Qarabağ məsələsini gördüyünü qeyd edib.

“Görünür, Rusiya ABŞ-ın Qarabağ məsələsində artan rolundan narahatdır və ona görə də fəallıq göstərməyə başlayıb. Ancaq sirr deyil ki, Moskva problemin həllinə dair görüşlərini açıqlamazdan öncə bütün məqam və nüansları Ermənistanla razılaşdıracaq. Əslində Rusiya ABŞ-ın Qarabağla bağlı 6 maddəlik planından sonra fərqlənmək üçün Ermənistanın görüşlərinə əks platforma da nümayiş etdirə bilər”, - deyə politoloq qeyd edib.

Siyasi ekspert bundan başqa, erməni generalın İrəvana qəfil səfərini Kirovokandan tutmuş, Dərələyəzə, Alagöz dağlarına qədər olan hissədə keçirilən Rusiya-Ermənistan birləşmiş qoşunlarının təlimləri ilə əlaqələndirib: “Təlimlər bugünlərdə sona çatmalıdır. İstisna deyil ki, Xaçaturov Rusiya rəhbərliyinin təlimatlarını Sərkisyana çatdıracaq”.

Image result for Qabil hüseynli

Q.Hüseynli bütövlükdə regionda mürəkkəb proseslərin getdiyi qənaətindədir: “Son dövrlərdə ermənilər narahat olmağa başlayıblar ki, guya Azərbaycan Naxçıvanda ordunun sayını artırır və bu, gələcəkdə Ermənistan üçün böyük təhlükəyə çevrilə bilər. Zənnimcə, Sərkisyan bununla bağlı harayını da Xaçaturyan vasitəsilə Moskvaya çatdıracaq. Moskvanın Xaçaturyanı görəvləndirməsinin bu məsələ ilə bağlılığı istisna deyil. Ümumiyyətlə, bu səfərə hansı tərəfdən baxsaq, bölgənin sabitliyinə xidmət etmir və daha çox İrəvanın maraqlarını əks etdirir. Hər halda, Cənubi Qafqazdakı problemlərin həlli istiqamətində gərgin mübarizənin getdiyi dəqiqdir. ABŞ Gürcüstanın yanındadır və üstəlik, bir müddət öncə Azərbaycana mühüm mesajlarını göndərib. Rusiya da məhz bunu kompensasiya etmək üçün siyasi manevrlərə əl atır”.

***** 

Bu arada, yəni Yuri Xaçaturovun İrəvan səfəri ilə təxminən eyni gündə, Soçidəki Putin-Sərkisyan görüşündən isə bir neçə gün sonra tanınmamış Abxaziya respublikasının “xarici işlər naziri” Daur Kove böyük bir nümayəndə heyəti ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində, Xankəndində olub. Erməni mənbələrinin bildirdiyinə görə, Xankəndində iki separatçı rejimin “xarici işlər nazirliyi” arasında “qarşılıqlı yardım haqqında” müqavilə imzalanıb.

Image result for Yuri Xaçaturov

Şübhəsiz ki, bu iki səfər arasında bağlılıq yox deyil və bu bağlılıq da Moskvadan qaynaqlanır. Məsələ ondadır ki, Rusiyanın birtərəfli qaydada müstəqilliyini tanıdığı Abxaziya da Ermənistan kimi Kremlin marionetidir və abxaz “nazir” Moskvanın izni olmadan qəfildən, qanunsuz şəkildə Xankəndində peyda ola, Azərbaycan qarşı belə qələtdə buluna bilməzdi. Yeri gəlmişkən, az öncə Putinin özü Abxaziyada olmuşdu. 

Görünür, Putin erməni generalını İrəvana, abxaz naziri isə Xankəndinə yollamaqla bir daha Ermənistana, separatçı bölgəyə ürək-dirək, Bakıya isə xəbərdarlıq mesajı yollayır ki, Rusiya bölgədə - sizin lap yaxınınızdadır və Qarabağ məsələsində əsas faktor Rusiya amili olaraq qalır. Görünən budur Güney Qafqaz uğrunda ABŞ-la rəqabətin sərtləşdiyi dönəmdə Rusiyanın özü də narahatdır... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam