Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Əsgər valideynlərinə xoş xəbər

 

                      Bütün hərbi hissələrdə taksafonlar quruldu

Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksafonlar qurulub. Bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom”İstehsalat Birliyinə verdiyi tapşırıq yüksək səviyyədə icra olunub. 

 "Xeberinfo.com": Bu məlumatı Modern.az saytına adı çəkilən nazirlikdən veriblər. Bildirilib ki, “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmdəovun imzası ilə bütün Telekommunikasiya Qovaşqalarına göndərilən məktubun icrası istiqamətində atılan addım kimi xidmət ərazisində olan Müdafiə Nazirliyinin bütün hərbi hissələrində qurulan taksafionlar istismardadır. Buunla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılıb. Ayrılmış nömrələrin yalnız 123-124 (“Tackart”) prefikisinə çıxışı təmin edilib. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksafon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq, taksafonların texniki və estetik vəziyyətini daim nəzarətdə saxlamaqla yerlərdə əvvəlcədən ödəniş “Tackart” ların satışı təmin olunub. Eyni zamanda taksafonlarda istifadə qaydaları və yeni şəhərlərarası yığım kodları haqda məlumatlarla təmin edilib.

Xatırladaq ki “Tackart” sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir. Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, “Tackart” sistemində isə danışığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir. Abunəçilər “Tackart” sisteminə qoşulmaq üçün əvvəlcə 2,4 və 10 manatlıq “Simsim” karta bənzər “Tackart” əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və “Tackart”ın üzərindəki pin kodu daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir.

Bundan sonra abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyasının hazırlıq siqnalını alır və bundan sonra nömrəni yığır.

Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam