Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatıb

 

Sentyabrın 21-də Qazaxıstanın Aktau şəhərində öz işinə başlayan “Beynəlxalq Xəzəryanı Gənclər forumu” başa çatıb.

 

Yenixeber.org: Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin qatıldığı forumun açılış mərasimini Manqustau vilayətinin başçısı Yeralu Toğjanov edərək, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Xəzəryanı gənclər forumunun iki ölkənin dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəyinə, gənclərin fikir mübadiləsi apararaq, yeni bilik və təcrübələrə yiyələcəyinə, bununla da münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmin yaradacağına əminlik bildirilib.

Qazaxıstanın Dini işlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbaev, Qazaxıstanın Təhsil və elm nazirinin müşaviri Aryn Orsariyev, İranın Qazaxıstandakı konsulu Mahmud Adib və digər rəsmilər də çıxış edərək forumun önəmində danışıblar.

Azərbaycanının gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında gənclərin ictimai siyasi proseslərdə önəmli rol oynadıqlarını bildirirək, forum iştirakçılarına Azərbaycanda aparılan gənclər siyasəti, qəbul olunan dövlər proqramları, yerli və beynəlxalq səviyyədə gerçəkləşən tədbirlər, layihələr haqında məlumat verib, hər iki ölkənin rəhbərlərinin təşəbbüsü ilə keçirilən bu forumun gənclər siysəti tarixində öz yerini tutacağına əminliyini bildirib.

Forumun davamı olaraq Milli Məclisin deputatı Şahin İsmayılov, eyni zamanda Azərbaycanın müxtəlif hökümət və qeyri-hökumət gənclər təşkilatları və müxtəlif qurumlarının aktiv gənclərinin iştirakı ilə “Mədəni həyatda gənclərin rolu: dəyərlər, arxetiplər və hədəflər”, “Gənclər həyatının dizaynı”, “Yeni liderlərin hazırlanması” və digər mövzularda panel iclaslar keçirilib.

Forum Azərbaycan və Qazaxıstan mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başda çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam