Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alı Alıyev əsgər və zabitlərlə görüşüb:Qurban bayramı münasibəti ilə

 

bitmap-img6

 

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı münasibəti ilə rayon ərazissindəki “N” saylı Hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.
Yenixeber.org:Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev N saylı hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön xəttə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.
Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.   Bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:   -  “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.
Alı Alıyev bir daha əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət göstərməyi tövsiyyə edib, onlara qələbə sevinci arzulayıb.
Hərbi hissə komandanlığı bu cür görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam