Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Standard İnsurance” şirkətində erməniləri kim işə götürür? (FOTOFAKT)

“Standard İnsurance” şirkətində erməniləri kim işə götürür? (FOTOFAKT)

 

"Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olan “Standard İnsurance Georgia” ilə bağlı BAKU.WS-in redaksiyasına maraqlı məlumat daxil olub. 

Yenixeber.org baku.ws-ə istinadən xəbər verir ki, “Standard İnsurance Georgia” şirkətində çox sayda erməni işləyir. Bu iddiaları təsdiqləyən görüntülərdə Teymuraz Simonyan adlı erməni işçisinin imzası, həmçinin erməni Simonyanın sığorta şirkətinin rəsmi e-mailindən istifadə etdiyi əks olunub. Teymuraz Simonyanın şirkət e-maili ilə yazışmasında vəzifəsinin satış koordinatoru olduğu aydın olur. 

Maraqlısı ondadır ki, Azərbaycan şirkətinin törəməsi olan “Standard İnsurance Georgia” şirkətində baş direktor Nicat Hüseynov, idarə heyətinin sədri Kamran Bağırov və rəhbər şəxslərdən biri Emin Bünyatov Müşahidə Şurasının üzvüdür. Ancaq görünən odur ki, sözügedən şirkətdə ermənilərin işsizliyi problemi yüksək səviyyədə diqqətdə saxlanılır. İddialara görə, baş direktor Nicat Hüseynov ermənilərin işsizliyi problemini özü üçün prioritet edib və bunun üçün böyük səylə çalışır. 

Qeyd etmək lazımdır ki, hətta SOCAR kimi nəhəng bir şirkət və Azərbaycanın digər iri şirkətləri belə bu sığorta şirkətində sığorta olunublar. Simonyan və digər soydaşları erməni şirkətlərinin də Azərbaycan şirkəti ilə əməkdaşlığını təmin etmək üçün çalışır.   

Baku.ws məsələ ilə bağlı “Standard İnsurance” şirkətinin mövqeyini öyrənmək üçün müraciət edib. Şirkətdən bildirilib ki, gün ərzində yayılan məlumatlara rəsmi cavab veriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam