Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda 6 bağlanmış banka məxsus daşınar və daşınmaz əmlaklar hərraca çıxarılır

 

 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır

 

Yenixeber.org Fonda istinadən xəbər verir ki, 20 lot üzrə əmlak II dəfə hərraca, 19 lot üzrə əmlak III dəfə, 2 lot üzrə isə əmlak isə IV dəfə hərraca çıxarılır.

IV dəfə hərraca çıxarılan “Texnikabank”ın balansındakı bağ evinin və “Bank Standard”ın balansındakı 1 ədəd “Daewoo Nexia” avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac aprelin 30-da keçiriləcək.

“Bank Standard”ın balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, “Royalbank”ın balansındakı 1 mənzil və 2 ev, “Kredobank”ın balansındakı 1 mənzil və “Texnikabank”ın balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi III dəfə hərraca çıxarılıb. Bu əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.

“Bank Standard”ın balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, “Zaminbank”ın balansındakı 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, “Royalbank”ın balansındakı 1 fərdi ev, “Texnikabank”ın balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və “Bank of Azerbaijan”ın balansındakı “Ford Transit” avtomobili hərraca II dəfə çıxarılıb.

II və III dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac mayın 7-də keçiriləcək.

Hərrac açıq formada Respublika Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında olacaq. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq olar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam