Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qardaş, maşınımı vurmusan gəl düzəlt də” –Şeyx Əbdül Hacıbala Abutalıbovu ittiham etdi

“Qardaş, maşınımı vurmusan gəl düzəlt də” –

 

İndi də uçuq-sökük evdə, toz-tozanaqda oturub işləyirəm”- Şeyx Əbdülün ev problemi

 

Yenixeber.org: Bir neçə il bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən salınan “Qış Parkı”nın tikintisi zamanı rejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudovun (Şeyx Əbdül) evinə ciddi ziyan dəyib.

Məhkəmənin qərarına əsasən, BŞİH zərər vurulan evi təmir etdirməli, ya da dəyən ziyanı ödəməlidir.

 

Lakin tanınmış rejissor Modern.az-a açıqlamasında məsələnin hələ də həll olunmadığını, hazırda qəza vəziyyətində olan bir evdə yaşadığını bildirib:

““Qış parkı”nın altındakı yeraltı qaraj tikilən zaman evim dağıntıya məruz qalıb. Buna – evin qarajın “sayəsində” uçmasına – xahiş edirəm ki, xüsusi diqqət edin. Bir neçə ildir ki, qanuni, halal evim uçurulub. Hərdən zarafatyana müqayisə edib deyirəm ki, qardaş, maşınımı vurmusan, gəl maşınımı düzəlt də. Evim “Qış parkı”nın yaxınlığındakı Mirzağa Əliyev keçəsindədir. Yeraltı qaraj düz mənim evimin altında qurtarır. Yeraltı qaraj salınan zaman bilmədim necə oldu, nə etdilər ki, evim çat-çat oldu. Bunu təsdiq edən sənədlər çoxdur: üç məhkəmənin qərarı, məhkəmə ekspert komissiyasının rəyi, tikinti təhlükəsizliyi akt sənədləri...

 

Məhkəmə özü gəlib evə baxış keçirtdi. Bundan o tərəfə onlar nə etməlidilər ki?! Edəcəkləri işin xeyrinə qərar çıxarmaq idi ki, üç məhkəmə də bunu çoxdan edib. Əgər məhkəmə qərarı varsa, bu da icra olunmalıdır. Mən bu xalq üçün qan tökən adamam, amma indiyə qədər dilimə də gətirməmişəm. Millətin tarixi, milli mənəvi dəyərlərin təbliği ilə məşğulam.

 

Bu yaxınlarda “Qan yaddaşı” adlı filmi başa çatdırmışam. Bunların hamısını o uçuq evdə- iki körpə uşaq, yeddi nəfər ailə üzvünün yaşadığı təhlükəli yerdə edirəm. Bu nə yanaşmadı, nə münasibətdir?! Bu niyə belə oldu?! Bu xalq ögeylərə, doğmalara necə oldu ki, ayrıldı?! İndi də məhkəmə qərarları yerinə yetirilmir. Niyə, nə üçün, bilmirəm?!”

Şeyx Əbdül bildirib ki, qəza vəziyyətində olan bir evdə yaşayır.

 

“Rəsmi dövlət strukturlarının sənədləri var. Bizim evlərin dövlət təminatı üçün sökülən evlərə dəxli yoxdur. O cür evlər vaxtında söküldü, yerində park da salındı. Bizim ev o evlərin siyahısında deyil. O parkın salınması zamanı qəza vəziyyətinə düşən mənzildir. Rəsmi sənədlər, üç məhkəmə qətnaməsi bunu təsdiq edib. Amma mənim evim dövlət təminatı üçün sökülən evlərin siyahısına salınıb. Axı rəsmi sənədlər, mütəxəssis rəyləri var! Dəfələrlə televiziya işçiləri gəlib çəkiblər. Sağ olun, siz xəbər saytları neçə dəfə işıqlandırmısız. Amma yenə də ortada bir şey yoxdur. Bu gün də toz-tozanağın içində, uçuq-sökük evdə oturub, tariximizlə, Ağa Məhəmməd şah Qacarla bağlı nəsə yazıram”. Ğ

 

Üç məhkəmə qərarına əsasən rejissorun yaşadığı evə dəyən ziyanın qarşılığında 180 min manat təzminat ödənilməsi göstərilib. Bunun cüzi hissəsi dəymiş mənəvi ziyana görə, qalan hissəsi isə evin təmir-bərpa işlərinə hesablanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam