Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

“Elməddin min dəfə şükürlüdür”

“Elməddin min dəfə şükürlüdür”

 

Elməddin Cəfərovun çəkdiyi və ATV kanalında yayımlanan seriallarda olan bəzi məqamlarla bağlı əvvəllər müəyyən narahatlıqlar olmuşdu. Kanal tərəfindən də normal reaksiya verilmişdi. Amma indi bu tip komediya serialları ilə bağlı kəskin neqativ fikirləri bölüşmürəm

 

Yenixeber.org: Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov qeyd edib. Rejissor Şeyx Əbdül Mahmudbəyovun aktyor Elməddin Cəfərov barədə dediyi “Teatrımızı Elməddindən xilas etməliyik” sözlərinə reaksiya verən T.Dadaşov bildirib ki, təzə-təzə yaranan bu serialların üzərinə çox getmək lazım deyil:

“Əbdül Mahmudbəyov deyib ki, Elməddin kinoya, aktyorluğa yarayan adam deyil. Məncə, çox şişirdilmiş fikirdir. Təzə-təzə inkişaf etməyə başlayan serial təsərrüfatının üzərinə bu cür qamçı ilə getmək doğru deyil. Həmişə nümunə kimi göstərdiyimiz türklərdə elə şit-bayağı komediya filmlərinə rast gəlinir ki, Elməddinin serialları onların yanında min dəfə şükürlüdür. Şəxsən mənə Rəcəb İvədikdən, hətta Arif Quliyevdənsə, Elməddinin artistliyi üstün gəlir”.

T.Dadaşov vurğulayıb ki, onsuz da zamanla əsl sənət öz yerini tapacaq.

Qeyd edək ki, ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Şeyx Əbdül Mahmudov Azərbaycan kinosunu, teatrını Elməddindən xilas etmək lazım olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam