Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur teleaparıcısı qətlə yetirildi:Türkiyədə

 

Yenixeber.org milliyet.com-a istinadən xəbər verir ki, 43 yaşlı Vatan Şaşmaz keçmiş model, 55 yaşlı Filiz Akerin açdığı atəş nəticəsində ölüb. Filiz Aker daha sonra silahı başına dayayaraq özünü öldürüb. 

İddiaya görə, Vatan Şaşmaz onu öldürən modellə sevgili olub və 1 aydır ki, onunla Beşiktaşdakı məşhur bir otelin 10-cu mərtəbəsində qalırmış. Məlumata görə, cütlük əvvəlcə otel otağında mübahisə etməyə başlayıb. Bu vaxt Filiz Aker otaqdan çıxmaq istəyən Vatan Şaşmaza 4 dəfə atəş açıb. Teleaparıcı hadisə yerində ölüb. Bundan sonra Filiz Aker silahı özünə tuşlayıb və atəş açıb. 

 

Səsi eşidən otel işçiləri qapını qıraraq içəri girib və qorxunc mənzərə ilə qarşılaşıblar. Bildirilir ki, Vatan Şaşmazın cəsədi qapının yanında, Filiz Akerin cəsədi isə yataqda olub.

 

Qətl hadisəsi ilə bağlı bir nəfərin saxlanıldığı idda olunsa da, daha sonra bu iddia prokurorluq tərəfindən təkzib olunub. İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı açıqlama verərək, istintaq başlandığını, otel otağında araşdırma ağarıldığını bildirib.

 

Açıqlamada həmçinin cinayətlə bağlı şahidlərin ifadəsinin alındığı, cəsədlərin ekspertiza üçün tibbi ədliyyəyə göndərildiyi qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam