Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Bakı Nəqliyyat Agentliyi bu işi bacarmadı- İDDİA

 

Bakı şəhərində havaların isti keçməsinə baxmayaraq, sərnişindaşıma nəqliyyatında işləyən bəzi avtobuslarda vəziyyət ürəkaçan deyil.

Yenixeber.org  xəbər verir ki, reyting.az saytı əməkdaşlarının şəhərdə apardıqları müşahidələr zamanı bəlli olub ki, əksər avtobuslarda kondisioner olsa da, onlar işlək vəziyyətdə deyillər. Bununla bağlı sürücülərə irad bildirildikdə isə, problemi marşrut sahibləri ilə əlaqələndirirlər.

"Kondisoner işləyəndə əlavə yanacaq sərf olunur. Buna görə də şirkətin sahibləri kondisionerləri açmağa qadağa qoyublar”,- deyə bəzi sürücülər bildiriblər.

Qeyd edək ki, bugünlərdə belə bir problemin mövcudluğunu tanınmış jurnalist Zülfiyyə Quliyeva da sosial şəbəkədə yazıb. O, bildirib ki, 88 saylı avtobusda kondisionerlər işləmir. Bununla bağlı şikayət etsə də, aldığı cavab müsbət olmayıb:

"88 saylı avtobusla gedəndə kondisioneri işləmirdi. Gələndə də eyni mənzərə idi. 077-393-91-00 saylı nömrəyə zəng vurub, şikayət etdim. Dedilər ki, yəqin siz mindiyiniz avtobusda kondisioner xarab olub.

Gələndə başqa "88”-ə mindim. Bu avtobusda da işləmirdi. Şikayət üçün avtobusa yazıb vurduqları nömrəyə yenə zəng etdim. Həyasızcasına yalan danışdılar. Dedim, jurnalistəm, yazacam. Dedilər, istəyirsən, bir səhifə yaz.

Sürücü də deyir ki, sahibkar düzəltmir ki, yanacaq çox gedəcək”.

Jurnalist daha sonra Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərinə sosial şəbəkə vasitəsi ilə müraciət edib:

"Mais Ağayev, ümid sizədir. Mən onsuz da kondisionersiz "133”-də getməyə öyrəşmişəm. Amma camaat yazıqdı”.

Göründüyü kimi, şəhərdaxili marşrutlarda belə bir problem var. Ancaq Bakı Nəqliyyat Agentliyi bunların qarşısını almaqda sanki acizdir.

Maraqlıdır, görəsən belə vəziyyət şəhərimizdəki turistlərə necə təsir edir? 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam