Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

 

 

Havaların istiləşməsi özü ilə bərabər bir neçə problem də gətirib.  Qapalı məkanlarda insanların isti havaya dözümsüzlüyü onları bir az da aqressivləşdirir. İctimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır. Xüsusilə də avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür

 

Yenixeber.org: Bununla yanaşı, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir. Elə sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. Sosial şəbəkə istifadəçiləri də avtobuslarda kondisionerlərin işləməməyindən gileyləniblər.

"BakuBus"da kondisionerlər nə zaman işləyəcək?

Milli.Az bildirir ki, "Bakubus" MMC-nin  mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Modern.az saytına açıqlamasında deyib ki,  "BakuBus"un avtobuslarında havalandırma sistemi hazırda işləyir:

"Və ehtiyac yaranarsa  yan pəncərələr də açılır. Sərnişinlər bununla bağlı sürücüyə yaxınlaşıb müraciət edə bilər. Bu cür məsələlərdə çoxluğun fikri əsas götürülür. O ki qaldı kondisonerlərin işlədilməsinə, bununla  bağlı qaynar xəttimizə də sərnişinlər tərəfindən müraciətlər daxil olur".

M.Piriyev avtobuslardan kondisionerlərin nə zaman işə salınacağından da söz açıb:

"Çox güman ki, yaxın günlərdə hava şəraiti nəzərə alınmaqla kondisionerlər də işə salınacaq. Bildiyiniz kimi avtobuslarımızda kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Bu gündəlik hava şəraitinə uyğun olaraq tənzimlənir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam