Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

DYP-dən sürücülərə müraciət: Havaların dəyişməsi...

 Havaların dəyişməsi...

 

Havaların dəyişməsi və ümumilikdə qış mövsümünə keçidlə əlaqədar istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə də onların şinlərinə bir daha diqqət yetirilməli, yağışların tez-tez yağması nəticəsində yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması nəzərə alınaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verilməməlidir

 

Yenixeber.org: Bu sözlər hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin sürücülərə və avtomobil sahiblərinə ünvanladığı müraciətdə yer alıb.

“Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərdən istifadə olunmamalıdır.

Sürücülərə yağmurlu hava şəraitində, xüsusilə yağışın yeni başladığı xaxtlarda son dərəcə ehtiyyatlı olmaları, ərazidə icazə verilən maksimum sürət həddindən asılı olmayaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur” – müraciətdə bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam