Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzuli RİH barədə yayılan məlumatlar əsassızdır

 

 

 

                      Füzuli RİH: "Yalan ayaq tutar, amma yeriməz"

 

"Xeberinfo.com": Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Füzuli rayonu İcra Hakimiyyətinin başçısı "Alı Alıyevlə rayon sakinləri arasında gərginlik yaranıb" adlı heç bir fakta söykənməyən, əsasız, qərəzli və böhtan xarakterli yazı dərc olunmuşdur.

Bildiririk ki, Füzuli rayon İcra Hakimiyyəti Aparatında başçının qəbul günləri müəyyən olunmuş qrafikə əsasən həftənin 2-ci günləri həyata keçirilir. 

Bundan əlavə Alı Alıyev günün istənilən vaxtı da vətəndaşları qəbul edir, səyyar qəbullar keçirir, onların problemləri ilə yerindəcə maraqlanır.

Füzuli rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu, onların təklif və müraciətlərinə baxılmasında əsas prinsip kimi qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.  Vətəndaşların qəbulları təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına təkan verən amillərdən biridir. 

Bu gün prezident cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi  Füzuli rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Azərbaycanın hər guşəsi kimi Horadiz də sürətlə inkişaf edir, yeni  sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır.

 “Görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma, sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xoş güzəranı üçün edildiyini görsün və anlasın.

Bununla belə, bir daha nəzərə çatdırmaq istəyirik ki,  əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da ardıcılıqla aparılır. Bütün bunlar sakinlərin rahatlığı üçün edilir. Hər bir füzulili bu işlərlə fəxr edib qürur hissi keçirir. Yazı müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırırlar.

Sonda bir daha bildiririk ki, vətəndaşların qəbulu, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bundan sonra da qətiyyətlə həll olunacaqdır.  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam