Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının diplomat oğluna rəsmi xəbərdarlıq

 

Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi, Nicat Sadıqovun öz şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verilməsi ilə bağlı xəbərlər yayılıb. 

 

“Xeberinfo.com” ANS TV-yə istinadən xəbər verir ki, mətbuatda Nicat Sadıqovun Azərbaycana çağırıldığı və onunla həm Xarici İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərində “profilaktik söhbət” aparıldığı deyilir. Nicat Sadıqov Ağdam Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Sadıqovun oğludur və mətbuat da bu faktı xüsusi vurğulayır. Məlumatı aydınlaşdırmaq üçün Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi Nicat Sadıqovla əlaqə saxadıq. O, bu xəbərlərin yalan olduğunu, qəsdən yayıldığını dedi. Diplomatın sözlərinə görə, Vyana Konvensiyasına əsasən diplomatların qırmızı nömrə nişanlı avtomobil idarə etməyə ixtiyari var.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də öz növbəsində diplomatlara qarşı yayılan belə xəbərlərin əsassız olduğunu vurğuladı.

Amma nazirliyin sözçüsü onu da dedi ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən istənilən məmurunun hərəkətləri nəzarət altındadır və ona görə də, Nicat Sadıqovun sosial şəbəkələrdə öz istirahəti və qatıldığı məclislərlə bağlı şəkil paylaşması nizam-intizamın pozulması kimi qiymətləndirilib və ona xəbərdarlıq edilib. Eyni zamanda Xarici İşlər Nazirliyi mətbuata məlumatların kim tərəfindən ötürüldüyünü də araşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam