Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nazirdən Beyləqanın icra başçısına zərbə

     

 

   Heydər Əsədov Vaqif Abdullayevin korrupsiya əməli ilə bağlı Baş Prokurorluğa müraciət edib

    "Xeberinfo.com":Kənd təsərrüfatı naziri Heydər Əsədov Beyləqanın icra başçısı Vaqif Abdullayevi iri məbləğdə mənimsəmə faktı ilə üzbəüz qoyub. Bu barədə Mia.az-a daxil olan məlumata görə, şəxsən nazir Heydər Əsədovun göstərişiylə Azərbaycanda buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Beyləqan rayonunda monitorinq keçirilib. Nazirin nədən məhz Beyləqanı “təcrübə meydanı” kimi seçməsi maraqlıdır. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqin mənfi tərəflərinin tələsik cəmiyyətə yayması ilə bərabər, Baş Prokurorluğa müraciət etməsi də, təsdiq edir ki, ortada ictimaiyyətin bilmədiyi başqa məsələlər var.

Kənd Təsərrüfatı Nazirliyindən adının çəkilməsini istəməyən şəxs tərəfindən verilən məlumata görə, Heydər Əsədovun belə davranması birbaşa icra başçısı Vaqif Abdullayevin yekəxana hərəkətlərindən qaynaqlanıb: “Icra başçısı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ”Aqrolizinq" ASC-nin Beyləqan yerli şöbəsinə ayrılmış texnikadan tutmuş, müxtəlif mənşəli kübrələrə qədər hər şeyə şəxsən nəzarət etməklə yanaşı, şöbənin fəaliyyətini iflic edib. “Aqrolizinq” ASC-nin yerli şöbəsinin müdiri isə açıq şəkildə icra başçısına qarşı çıxa bilmədiyindən, ASC-nin yerli şöbəsindəki kəm-kəsirlərin görünməyən tərəflərini nazirliyini diqqətinə çatdırıb. 

Bundan əlavə, nazirlikdən gələn bir neçə tapşırıqlara da Vaqif Abdullayevin mane olmaq cəhdləri Heydər Əsədovun əsəblərini tarıma çəkib. Belə bir ərəfədə isə rayon Icra Hakimiyyətinin hüquq şöbəsinin müdirinin şikayətləri isə nazir Heydər Əsədovun əlinə ciddi bəhanə verib. Və o, Beyləqanda monitorinq keçirtməklə, Vaqif Abdullayevi güncə sıxmağa başlayıb".

Kənd Təsərrüfatı Nazirliyinin bir neçə gün əvvəl açıqladığı xəbərə xüsusi diqqət yetirilməsini vacib sayır: ?Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq, 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün nazirliyin mütəxəssisləri tərəfindən Beyləqan rayonunda monitorinq keçirilib. 

Aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib. Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

Göründüyü kimi, nazir təkcə Beyləqandakı mövcud vəziyyəti cəmiyyətə ötürməklə, icra başçısını nüfuzdan salmağa çalışmayıb. O, həm də buğda istehsalçılarının siyahıya alınmasını, hektarların müəyyənləşməsi proseslərini həyata keçirən icra başçısının kəndlər üzrə icra nümayəndələrini və digər vəzifəli şəxsləri də həbs təhlükəsiylə üz-üzə qoyub. Əlbəttə, Baş Prokurorluq nazirliyin göndərdiyi məlumatlar əsasında cinayət işi açıb, əməliyyat-istintaq tədbirləri həyata keçirəcək. Bu isə ən azı Beyləqan Icra Hakimiyyəti Başçısının 30-dan çox kənd üzrə icra nümayəndəsinin istintaqa cəlb olunması demək olacaq". 

Bir neçə ay əvvəl Hesablama Palatasının da Beyləqanda dövlət vəsaitlərini təyinatı üzrə xərclənmədiyi haqda hesabatı da Vaqif Abdullayevin durumunu ağırlaşdırır: “Hesablama Palatasından sonra Kənd Təsərrüfatı Nazirliyinin Baş Prokurorluğa rəsmi müraciət etməsi, razılaşaq ki, icra başçısının nəinki özündənrazı davranışlarına son qoya, hətta onun vəzifədən azad edilərək, istintaqa cəlb olunmasına da zəmin yarada bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam