Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Müəllimlər maaşları ilə dərs hissə müdirininin kreditini ödəyir -VİDEO

 

Sabirabad rayon Kovlar kəndində qəribə hadisə olub. 

Yenixeber.org:  “Xəzər xəbər”ə istinadən xəbərə görə, müəllim həmkarına əl tutub və başını bəlaya salıb. Adına kredit götürüb ona verdiyinə görə rayon sakini indi bütün maaşı banka ödənir. Kreditə götürülmüş pulu xərcləyən müəllim borcu ödəmədiyindən həmin şəxs çarəsiz qalıb. Sonradan ona məlum olub ki, borcu ödəməyən müəllim onun kimi 20-dən çox həmkarının adına kredit götürüb.

Bir neçə müəllim yoldaşının adından kredit götürüb. Borclar ödənmədiyindən bank müəllimlərin maaşından tutur.

Sabirabad rayon Kovlar kəndində müəllim işləyən Qulu Məmmədov 2015-ci ildə tanıdığı həmkarı, rayonun Qəzli kənd məktəbinin dərs hissə müdiri Zəka Cabbarova bankların birindən öz adına 3000 manat kredit götürüb verib. Onun dediyinə görə Zəka Cabbarov həmin kreditin bir neçə ayını ödəsə də, sonradan ödənişi dayandırıb və məhkəminin qərarı ilə borc Qulu Məmmədovun aylıq əmək haqqından tutulmağa başlayıb.

Qulu Məmmədov iddia edir ki, həmin şəxs bir neçə nəfərə belə ziyan vurub. Müəllim yoldaşlarını aldadaraq adlarına kredit götürüb. Artıq vəziyyətlə baglı polisə də müraciət ediblər.

3 ildir əmək haqqı ala bilmiyən müəllimlər deyir ki, Zəka Cabbarov onlar kimi 20-dən çox müəllimi ehtiyacı oldugunu bildirərək aldadıb. Zəka Cabbarov kredit aldıgını təstiq etsə də müəllim yoldaşlarını aldatmadıgını deyir, bildirir ki sadəcə ödənişlərdə gecikmə olub.

Zəka Cabbarov həmin borcu geri ödəyəcəyini bildirərək dələduz adlandırılmasını dogru hesab etmir.

Başlarına gələn bu hadisədən sonra kredit borcu olan müəllimlər məhkəməyə müraciət edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam