Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

 

Dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoru Mustafayeva Diləfruz Əbil qızının cinayət işi üzrə məhkəmə başa çatıb

 

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm  oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Diləfruz Mustafayevaya 2 il müddətinə şərti cəza verilib.

Qeyd edək ki. Diləfruz Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub. Onun barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.

Belə ki, məktəb direktoru olan D.Mustafayeva xeyli sayda rayon sakininin adına kreditlər götürüb. Adına kredit götürülənlərin əksəriyyəti D.Mustafayevanın rəhbərlik etdiyi məktəbin müəllimləri olub.

D.Mustafayeva öz ehtiyacı üçün müəllimlərin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib. Bank isə ödənişləri müəllimlərin maaşından tutmağa başlayıb.

Direktorun dələduzluq əməlinin qurbanı olan müəllimlər əvvəlcə bankın rəhbərliyinə, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin heç bir tədbir görülmədiyi üçün zərərçəkmiş şəxslər məsələni ictimailəşdirmək üçün mətbuata müraciət ediblər.

Elə bundan sonra D.Mustafayeva vəzifəsindən kənarlaşdırılıb. Sabiq məktəb direktorunun əməlləri araşdırıldıqdan sonra onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildik) maddəsi cinayət işi açılıb. Barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən D.Mustafayeva sonradan ev dustaqlığına buraxılıb.

Onun barəsində həmçinin Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də cinayət işi açılıb. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Diləfruz Mustafayevanın dələduzluq əməllərinin qurbanı olanların sayı 50 nəfərdən çoxdur. Onların hər birinin adına bankdan kredit götürülüb. Məktəb direktorunun barəsində cinayət işi açıldıqdan və həbs edildikdən sonra da kredit faizlərini müəllimlər ödəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam