Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Taleh Qaraşov iş başındadır

 

 

“İndi səhhətim yaxşıdır, Allaha şükür, heç bir problem, narahatlıq yoxdur. Özümü çox yaxşı hiss edirəm. İyunun 12-də işə çıxmışam”.

 

 
    "Xeberinfo.com": Bunu  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov “Media forum” saytına açıqlamasında deyib.
   Taleh Qaraşovun sözlərinə görə, əvvəllər səhhətində heç bir problem olmasa da, qəfildən özünü pis hiss edib: “Hər zaman özümü sağlam və gümrah hiss etmişəm. Bir neçə gün əvvəl isə gecə saatlarında qəfildən özümü pis hiss etdim, sinəmdə göynəmə oldu. Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına getdim, müayinədən keçdim. Məlum oldu ki, ürək damarlarının birində bir qədər sıxılma var. Əməliyyat olundum, ürəyimə stend qoydular. İndi vəziyyətim yaxşıdır”.
İcra başçısı bildirib ki, həkimlər işlə bağlı heç bir məhdudiyyət qoymayıb: “Həkimlər dedilər ki, işini, fəaliyyətini əvvəlki kimi davam etdirə bilərsən. Artıq işə başlamışam və əvvəlki kimi işləyirəm”.

 

Xatırladaq ki, Taleh Qaraşov 1959-cu ildə Kürdəmir rayonunda anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur. 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam